Rəşad Sadıqov: \"Mən bir kuboka görə hörmət istəmirəm\"

Rəşad Sadıqov: \
"Oyun haqqında çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən və sonra baxasan ki, oyunda nələr baş verib. Uşaqların alnından öpürəm, onları bağrıma basıram. Futbolçularımla qürur duyuram. Bu gün meydanda istədiyim komandanı gördüm".

Sfera.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Keşlə"yə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, oyunçular ilk dəqiqədən son saniyəyədək mübarizə aparıb: "Onların 10 nəfərlə hücuma atılmaları, qol epizodu yaratlmaları təqdirəlayiqdir. Mənim görmək istədiyim "Zirə" budur. Komandamın gələcəyi var, daha yaxşı işlər görəcəyik".

Sadıqov oyundakı gərginlik səbəbindən özündən çıxdığını söyləyib: "Mən necə özümdən çıxdım? Baş hakimə bildirdim ki, penalti yoxdur, belə penalti vermirlər. Futbolçuların əziyyətinə heyfim gəlir. Bu məsələlərin kökündə nələrin durduğunu bilmirəm. Çox dərin məsələyə oxşayır. Çempionatda bizim xeyrimizə verilməyən penaltilər və qırmızı vərəqələr var. Qapımıza verilən haqsız penaltilər. Bir deyil, iki deyil. Hansı birindən danışaq? Bilmirəm ki, bunun arxasında nə dayanır'.

Baş məşqçi oyunda qırmızı vərəqə almasının səbəbini bilmədiyini vurğulayıb: "Mənə həqiqətən çox maraqlıdır. Texniki zonanı pozmuşamsa, sarı vərəqə versin. Mənə niyə qırmızı verdi? Bir kəlmə artıq söhbət işləməmişəm. Sadəcə, demişəm ki, penalti yoxdur".

Mütəxəssisin sözlərinə görə, cərimə meydançasında hər toqquşma qırmızı vərəqə deyil: "Bilmirəm nə şərh bildirəm. Məsələ bizim avrokuboka düşməyimizdirmi? Getsək və ya getməsək, nə olacaq? Kuboku qazansam və ya qazanmasam, nə olacaq? Mənim üçün dəyişən bir şey yoxdur. Heç nə olmayacaq. Alınmasa, Rəşad dəyişilir və ya hörməti azalır? Mənə bir kuboka görə hörmət olacaqsa, mən elə hörmət istəmirəm".

Sadıqov məşqçi kimi yoluna davam edəcəyini və mübarizə aparacağını sözlərinə əlavə edib: "Penalti və qırmızı vərəqə oldu. Biz də insanıq axı. Nə deyəcəyimi bilmirəm. Həyatdır da yaşayırıq. İnanıram ki, komandada hər şey yaxşı olacaq. Futbolçulardan istədiyimi gördüm. Mən uşaq deyiləm. Bu günümlə yaşayan insan da deyiləm. Heç nəyinsə xəstəsi də deyiləm. Mən Çempionlar Liqası, Avropa Liqası da görmüşəm. Məşqçi kimi Çempionlar Liqasında qələbə də qazanmışam. Həyatımda yetərincə şeylər görmüşəm. Bunlar mənim üçün xırda şeylərdir. Deyə bilərlər ki, Rəşad həvəsdən düşdü. Mən daha da həvəslənirəm və motivasiya verir ki, daha da güclü olmaq lazımdır. Bu gün komandamla çox fəxr edirəm. Biz bu gün mərhələ də keçə bilərdik. Qol imkanlarından istifadə edə bilmədik. Rəqib istifadə etdi. Onları təbrik edirəm və finalda uğurlar arzulayıram. Mən öz komandamdan ancaq razı qala bilərəm".

Baş məşqçi deyib ki, komandası bu gün çox güc sərf edib: "Bəzi futbolçular artıq qaça bilmirdilər. 5 gün sonra "Qarabağ"la oyun var. Biz mübarizə aparacağıq. Qarşıda 4 oyun var. Oyunlarımız daha çətin görsənir. Finala çıxsaydıq, avrokuboku böyük ölçüdə qarantiləyirdik. Mən nəyinsə, xəstəsi deyiləm. Həyatdır də. Çalışacağıq ki, bu gün olanlara düzgün reaksiya verək. Komandama güvənirəm. Sonda nə olacağını zaman göstərər. İndidən nəsə desəm pafoslu cümlələr olar.

OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...