Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxundu

Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayının 22-də saat 23:50 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində 67A nömrəli evin qarşısında naməlum şəxs "Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb.

Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan T.Nağıyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostudur. O, xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və altı il müddətinə azadlıqdan məhrum edilib.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...