Elektron Hökumətin İnkişafı Mərkəzinin yığılmış zərəri 15 milyon manatı keçib

Elektron Hökumətin İnkişafı Mərkəzinin yığılmış zərəri 15 milyon manatı keçib
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci ili 9,309 milyon manat zərərlə başa vurub.

Sfera.az Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 67,5% çoxdur.

Bununla da, qurumun yığılmış zərəri 2,6 dəfə artaraq 15,199 milyon manata çatıb.

2020-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi əməliyyat gəlirləri 2,132 milyon manat (2019-cu ilə nisbətən 2,2 dəfə az), əməliyyat xərcləri 5,988 milyon manat (36% çox), digər gəlirləri 0,008 milyon manat (6 dəfə çox), inzibati xərcləri 5,453 milyon manat (6,8% az), məzənnə fərqindən zərər 0,005 milyon manat (3,5 dəfə çox), mənfəət vergisi ödəmələri 0,002 milyon manat (30 dəfə az) təşkil edib.

2021-ci il yanvarın 1-nə Elektron Hökumətin İnkişafı Mərkəzinin aktivləri 17,58 milyon manat olub ki, bu da illik müqayisədə 14,7% çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 51,1% artaraq 0,754 milyon manaata, balans kapitalı isə 13,4% artaraq 16,826 milyon manata çatıb.

Xatırladaq ki, Elektron Hökumətin İnkişafı Mərkəzi ölkə prezidentinin 14 mart 2018-ci il tarixli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 0,005 milyon manatdır. Mərkəz dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsinə məsuldur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Startapların mənfəət vergisindən azad edilməsi lazımdırmı?

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Startap layihələri 3 il müddəttinə mənfəət vergisindən azad olunub. Bəs, mənfəət vergisinin ləğvi...

Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq

"Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərba...

Azərbaycanda 250 min sahibkar qadın var

Azərbaycanda fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini qadınlar təşkil edir.   Sfera.az bildirir ki, sahibkar qadınların 30,5 faizi Bakıda, ...

Tikinti materialları BAHALAŞIB - QİYMƏTLƏR

Ötən il mal və xidmətlərdə müşahidə edilən bahalaşma tikinti və mənzillərin təmiri xərclərində də baş verib. Bu sektorda qiymət artımları orta hesabla 10 faizi ...

Pambıq istehsalçılarına ŞAD XƏBƏR

"Azərbaycanda bu il xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq". Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salya...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları hə...