Referendum və növbədənkənar parlament seçkiləri realdırmı? - MÜSAHİBƏ

Referendum və növbədənkənar parlament seçkiləri realdırmı? - MÜSAHİBƏ
Sosial şəbəkələrdə Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin yenidən buraxılacağı və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumatlar yayılır.
 
Sfera.az-ın əməkdaşı mövzu ilə bağlı sabiq deputat, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Həmin müsahibəni təqdim edirik:



- Əliməmməd bəy, son günlər payız aylarında referendumun keçiriləcəyi haqda iddialar dolaşır. Necə düşünürsünüz, Konstitusiyada hər hansı dəyişiklik edilə bilərmi?

- Qanunvericiliyin həmişə təkmilləşdirməyə ehtiyac var, o cümlədən Konstitusiyanın. Sadəcə olaraq, hazırkı şəraitdə o mühit varmı? Belə bir vəziyyət yetişibmi? Əlbəttə, bu suala cavab verərkən birmənalı şəkildə demək olar ki, bugünkü qanunvericiliyimizin mümkün olan imkanı var - istənilən fəaliyyəti hərəkətə keçirmək, islahatları sürətləndirmək və digər məsələlər istiqamətində. Bu baxımdan Konstitusiyada hər hansı dəyişikliyin edilməsinə, referendumun keçirilməsinə zərurət görmürəm. Digər tərəfdən Konstitusiyada sonuncu dəyişiklik 2016-cı ildə baş vermişdir və həmin zaman əsas mahiyyət idarəetmənin daha da təkmilləşdirilməsi, yeni institutların yaradılması, insan hüquq və azadlıqları ilə bağlı müəyyən maddələrə dəyişiklik edilməsi məsələsindən ibarət idi. Bu da öz həllini tapıb. Amma heç şübhəsiz ki, gələcəkdə qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Xüsusilə də hökumətin parlament qarşısında cavabdehliyinin artırılmasına ehtiyac var. O cümlədən Nazirlər Kabinetinə ehtiyacın olmadığını düşünürəm. Bu qurum daha çox bürokratlaşmış strukturdur. Orada qərarların qəbul edilməsi prosesində lənglik var. Bəlkə də tamam başqa sistemə keçmək barədə düşünə bilərik. Eyni zamanda proporsional seçki sistemi, Milli Məclisin deputatlarının sayının artırılması istiqamətində dəyişiklər də gündəmdə ola bilər. Bu, perspektiv üçün mümkündür və yəqin ki, bunlarla bağlı dəyişikliklər baş verəcək. Amma biz indi müharibədən çıxan ölkəyik, hazırkı şəraitdə yeni əlavə xərclərə ehtiyac yoxdur. Referendum həm də xərclər deməkdir. Bu gün cəmiyyət Qarabağa, oranın dirçəlməsinə, bərpasına fokuslanmalıdır. Referendum müəyyən gərginlik, təlatüm yarada bilər. Əlbəttə, gələcəkdə referendum keçirməklə bağlı fikirləşmək mümkündür.

- Proporsional seçki sistemini vurğuladınız. Elə referendumla əlaqədar mətbuatda səsləndirilən fikirlərdən biri də bu idi.  Sizcə ölkəmizdə tətbiq olunan majoritar seçki sistemi bu günün tələblərinə tam cavab verirmi?

- İstər proporsional, istərsə də majoritar seçki sisteminin müsbət və çatışmayan cəhətləri var. Əlbəttə, proporsional seçki sisteminin tətbiqi siyasi partiyaların daha da sürətli inkişafına gətirib çıxara bilər. Lakin hesab edirəm ki, majoritar seçki sistemi daxilində də bunu etmək mümkündür. Siyasi partiyaların inkişafını istəyiriksə, bu barədə düşünməyə dəyər. Digər tərəfdən isə Azərbaycanda siyasi partiyalarla iş son illərdə daha da genişlənib, ölkənin siyasi həyatına geniş miqyasda daxil olmağa başlayıblar. Onların həm müharibə dövründə ciddi bəyanatları olub, həm də ölkəmizə qarşı olan bir sıra təhdidlərdə birgə mövqedən çıxış ediblər. Həmçinin Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsi, qanunvericilik şöbəsi fəaliyyət göstərir. Partiyalarla mütəmadi dialoq aparılır, bu da əhəmiyyətlidir. Cəmiyyətdə rəqabətli mühitin yaranması hər şeydən əvvəl siyasi partiyaların iştirak şərtlərindən də asılıdır. Bu baxımdan qeyd etdiyim məsələlər, əlbəttə, siyasi partiyaların inkişafında yeni mərhələnin başlanmasının göstəricisidir.
 
- Son olaraq , Milli Məclisə yenidən növbədənkənar seçkilərin keçirilməsi mümkündürmü?

- Növbədənkənar seçkilərin keçirilməsi ölkədə yenidən siyasi gərginlik yarada bilər. Ona görə də bunun bir mənasını görmürəm. Güman etmirəm ki, hər hansı seçki olacaq. O zaman bu instituta inam, etibar azala bilər. Milli Məclis özü də fəaliyyətini yenidən qurur. Bu da diqqətəlayiq məqamdır. Eyni zamanda parlamentdə plüralizm mühiti artmaqdadır. Milli Məclisin fəaliyyətində hər şey əladır desək, yanlış olardı. Bu institut öz fəaliyyətində vətəndaş cəmiyyəti ilə əlaqələrini genişləndirməlidir. Xüsusilə də, qanunların təsirinin qiymətləndirilməsi ilə bağlı vətəndaş cəmiyyətinə sifarişlər verilə bilər. Bu proseslə əlaqəli rəy sorğularının keçirilməsi vacibdir. Çünki Azərbaycanla bağlı bir çox reytinqlərin müəyyən edilməsində həm də parlamentin nə dərəcədə iştirak məsələsi , burada vətəndaş cəmiyyətinin fəallığı önəmlidir.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...