Niyə SSRİ-də daha çox 5 və 9 mərtəbəli binalar tikirdilər... - Foto
Sfera.az xəbər verir ki, SSRİ-də çoxsaylı yaşayış binalarının inşasına 1940-cı illərdə başlanılmışdı. Çoxlu kommunal evlərdən, kənd yerlərindən gələnlər üçün 50-ci illərdə yeni binalar hazırlandı. Binalarda lift quraşdırmaq mümkün deyildi. Ümumi qərar belə oldu ki, hər bir insan 5-ci mərtəbəyə piyada qalxa bilər. Beləcə, 5 mərtəbəli binalar yarandı.
Məsələnin başqa tərəfi də vardı. Yanğın maşınlarının nərdivanı 5-ci mərtəbədən yuxarı qalxa bilmirdi. Buna görə də SSRİ-də uzun müddət daha yüksək mərtəbəli binalar tikilmədi. 70-ci illərdə şərtlər dəyişdi. Yanğın maşınlarının nərdivanı 27-30 metri "görürdü”. Bu da 9 mərtəbəli binaları əlçatan edirdi.
Əvvəlcə Moskvada 8 mərtəbəliləri tikdilər. Sonra daha 1 mərtəbə də əlavə olundu. Bəzi binalarda iki lift quraşdırıldı. Liftlərdən biri yük üçün nəzərdə tutulmuşdu. İndi belə liftləri yeni çoxmərtəbəli binalarda görürük.
Düzdür, SSRİ-də sonralar 12-14 mərtəbəli yaşayış evləri də peyda oldu. Amma məlum səbəblərdən əksəri 5 və 9 mərtəbəlidir.(Bizimyol.info)