Solğun dəri, qızaran yanaqlar hansı xəstəliyin əlamətidir?

Solğun dəri, qızaran yanaqlar hansı xəstəliyin əlamətidir?
 Sarı dəri, solğun dodaqlar, yanaqda qırmızı ləkə - bunlar bizim üçün adi hal kimi görünə bilər. Amma bütün bunlar bir çox xəstəliklərin əlamətidir.

Sfera.az xəbər verir ki, əgər dəriniz solğunlaşıbsa, burnunuzun ucu göynəyirsə, buna ciddi yanaşılmalıdır.

1. Solğun dəri
Üz dərisinin sarı rəngdə olması eritrositlərin zəhərlənməsinin, qaraciyərin funksiyasının pozulmasının simptomudur. 

Hər gecə yatmazdan əvvəl qreypfrut şirəsi için. Qarğıdalı saçağı, itburnu, qanqal, dağ tərxunu çiçəyi və solmazçiçəyindən eyni miqdarda ayırıb qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, 1 saat saxlayın. Mayedən gün ərzində 3 dəfə yeməkdən əvvəl için. Bunu 1 ay davam etdirmək qaraciyəri təmizləyib, funksiyasını yaxşılaşdıra bilərsiniz.

2. Burun ucunun göyərməsi
Əgər burunun ucu üçbucaq formasında göyərirsə, demək, həmin insanın ürəyində qüsur var. Eritrositlərin funksiyasının pozulması da burun ucunda göy ləkə əmələ gətirir. Bu, həm də qanda oksigen çatışmazlığının göstəricisidir. 

Öncə gün ərzində ən az 1 saat təmiz havada gəzmək vacibdir. Aslanotunu (pustırnik) əzib, şirəsini çıxardın. Şirəni eyni miqdar araqla qarışdırın. Gün ərzində 4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı için. Bu məlhəm qüsuru, ürəyin işemik xəstəliklərini, miniinfarktı sağaldır. 

3. Qırmızı yanaqlar
Bəzən yanaqda qırmızı ləkələr əmələ gəlir. Bu, qan-damar sistemi xəstəlikləri ilə əlaqədardır. Bu xəstəlik əksər hallarda sağalsa da, üzdəki qırmızı ləkə ömürlük qalır. Bunun üçün xəstəliyin irəliləməsinin qarşısını almaq lazımdır.

Bu zaman sitrus meyvələri yemək olmaz. Çoxlu idman etmək lazımdır. 350 qr. sarımsağı əzib, püre halına gətirib, bankaya tökün. Bankanı qara bir parçaya büküb saxlayın. Bir neçə gündən sonra qarışığın üstünə 200 ml. təmiz spirt tökün. Soyuq otaqda 10 gün saxladıqdan sonra gün ərzində 1 xörək qaşığı suya 2 damcı töküb için. (Axşam.az)



OXŞAR XƏBƏRLƏR

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...