Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.

 

Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur” verilişində qonaq olarkən açıqlama verib.

 

Aparıcı bildirib ki, səhhətindəki problemlər atasının vəfatından sonra başlayıb:

 

“Atam mənim üçün Allahdan sonra ikinci Allahım idi. Ona sonsuz bağlı idim. Onun itkisi məni dərindən sarsıtdı və bu, sağlamlığıma ciddi təsir göstərdi. Hazırda müalicə alıram. O stress bədənimə zərər verdi. İnşallah, hər şey yaxşı olacaq.”

 

Veriliş zamanı sualları cavablandırarkən Xoşqədəm Hidayətqızı göz yaşlarına hakim ola bilməyib və duyğusal anlar yaşanıb.

 




OXŞAR XƏBƏRLƏR