Dilarə Kazımova:- “Heç vecimə deyilsən”

17:35 / 14.02.2020
3600
Tanınmış müğənni Dilarə Kazımova 14 fevral –Sevgililər günündə "Heç
vecimə deyilsən” klipi ilə gündəm yaradıb. Yeni işıq üzü görən klipdə
müğənninin sevgilisi olmayanların dilindən səsləndirdiyi mahnının söz və musiqisi
Nəzrin Vəlizadəyə, aranjimanı isə Fidan Alivaya aiddir.
"Boomerang Label”-ın dəstəyi ilə ərsəyə gələn klipin ideyasının müəllifi isə Dilarə
Kazımova özü olub. Nigar Məmmədovanın rejissorluğu ilə operator Ruslan
Ağazadənin lentə aldığı "Heç vecimə deyilsən” klipində maraqlı nüanslar yaşanıb.
Sevən xanımların dəyişkənliyini canlandıran müğənni bəylərə bildirir ki, dəlicə
sevən qadının belə bir gün vecinə olmaya bilərlər.
Klipdə məşhur simalar müğənni Ülviyyə Rəhimova və Sabina Nuriyeva da
maraqlı obraz yaradıblar.
Yeni klipi aşağıdakı linkdə izləyə bilərsiniz.