Koronavirus bioloji silahdırmı? - Çin cavab verdi

Koronavirus bioloji silahdırmı? - Çin cavab verdi
Çin hökuməti koronavirusun bioloji silah olma versiyasını qiymətləndirib. Belə ki, ÇXR-in ABŞ-dakı səfiri Tsuy Tyankay müvafiq bəyanatı rədd edərək, bu mövzuda spekulyasiyanı axmaqlıq adlandırıb.

Bu barədə TASS xəbər yayıb.

Diplomat bəyan edib ki, şaiyələri qızışdırmaq və onları insanlar arasında yaymaq yaxşı davranış deyil. Onun fikrincə, bu, sakinlər arasında təşvişə, irqi ayrı-seçkiliyə və ksenofobiyaya gətirib çıxara bilər, həmçinin koronavirusla mübarizəyə mane olar.

"Bəzi insanlar deyir ki, virus hərbi laboratoriyada yaradılıb – Çində yox, ehtimal ki, ABŞ-da. Biz bu ağılsız fərziyələrə necə inana bilərik?” - deyə Tyankay bəyan edib.

Diplomat onu da bildirib ki, virusun mənşəyi barədə hələ çox şey məlum deyil. 

"Bir çox ölkələrin alimləri daha çox informasiya əldə etməyə çalışır. Lakin ilkin araşdırmalara görə, koronavirus insanlara heyvanlardan keçə bilər”, - deyə o, bildirib.

Qeyd edək ki, Çin hökuməti "2019-nCoV” koronavirusuna müvəqqəti olaraq NCP (yeni tip koronavirusun səbəb olduğu sətəlcəm) adı verib. Son məlumatlara görə, Çində bu xəstəlikdən ölənlərin ümumi sayı 803 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...