Fransa hökuməti Apple şirkətini 25 milyon avro cərimələdi - SƏBƏB
Maraqlı
14:50 / 09.02.2020
2458
Fransanın rəqabət, istehlak və dələduzluqla mübarizə məsələləri üzrə general direktoratı olan DGCCRF Apple şirkətini 25 milyon avro (27 milyon dollar) dəyərində cərimələyib.
Sfera.az "lent.az"a istinadən verdiyi xəbərə görə, şirkət öz istifadəçilərinə iOS yenilənməsindən sonra köhnə iPhone modellərinin zəif şəkildə çalışacaqları barədə məlumat verməyib.
Apple şirkəti isə bu cəriməyə heç bir etiraz etməyib və 1 ay ərzində bu məsələ ilə bağlı açıqlamanı öz saytında verəcəyini bildirib. Qeyd etmək lazımdır ki, Paris şəhərinin prokuraturası istifadəçilərin şikayətləri əsasında bu məsələ ilə bağlı istintaqa 5 yanvar 2018-ci il tarixində start vermişdi.
Söhbət, 2017-ci ildə təqdim edilmiş iOS yenilənmələrindən (iOS 10.2.1 və iOS 11.2) gedir. Həmin əməliyyat sistemləri isə müəyyən şərtlər altında köhnə batareyalara sahib iPhone modellərini zəiflədirlər. Bu halda söhbət, iPhone 6, iPhone 7 və iPhone SE smartfon modellərindən gedir. Məlumatda qeyd edilib ki, bu səbəbdən istifadəçilər yeni iPhone modeli almaq və ya istifadə etdikləri iPhone modellərinin batareyalarını dəyişdirmək məcburiyyətində qalıblar.
Qeyd etmək lazımdır ki, 2017-ci ilin dekabr ayında Apple şirkəti köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsini etiraf etmişdi. Həmin vaxtda şirkət bildirmişdi ki, bunun əsas səbəbi smartfondakı batareyanın fəaliyyət dövrünü yüksəltməkdir. Bu isə öz növbəsində şirkətə qarşı çoxlu sayda məhkəmə iddiasını gətirdi. Nəticədə şirkət istifadəçilərdən üzr istəyərək 2018-ci ildə iPhone batareyalarının dəyişdirilməsi qiymətini 79$-dan 29$-a saldı. Hal hazırda isə iPhone batareyasını 69$-a dəyişmək olar.