Şəkili Yusifin qohumu qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı

Şəkili Yusifin qohumu qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı

Üç ay əvvəl həbs edilən “qumar kralı”  Yusif Baqiyevin (Şəkili Yusif) qohumu milyonluq işdə bəraət alıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsi 35 yaşlı Urfan Quliyevi qumarxana təşkiletmə və külli miqdarda vergiləri ödəməkdən yayınma ittihamları üzrə təqsirsiz hesab edib.

 

İstintaq materiallarına əsasən, U.Quliyev Yasamal rayonunda yerləşən “Çaysaray” çay evində qumar oyunları təşkil edib. Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən çayxanada keçirilən əməliyyat zamanı o, qohumu Şəkili Yusiflə birgə orada olub.

 

Toplanmış sübutlar əsasında Urfan Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

İstintaq orqanı Urfan Quliyevin internet üzərindən qumar oyunlarının təşkilindən 3 milyon manat gəlir əldə etdiyini, eyni zamanda 2 milyon manata yaxın sadələşdirilmiş vergini ödəməkdən yayındığını müəyyən edib. Həbsindən bir ay sonra azadlığa buraxılan Urfan hökmə qədər ev dustaqlığında qalıb. 

 

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, qumar oyunlarını yalnız özü üçün oynayıb. Həmçinin Yasamal rayonunda mərc oyunları ilə bağlı məntəqə işlədib. Urfan ifadəsində Şəkili Yusifin qohumu olduğunu etiraf edib, lakin onunla qumarla bağlı əlaqəsinin olmadığını deyib.

 

İş üzrə şahidlərdən bir neçəsi təqsirləndirilən şəxsin lehinə ifadə verib.

 

Yekunda toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə qumarxana təşkiletmə və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələri ilə bəraət verilib. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs qeyri-qanuni işlə məşğul olduğundan, vergi ödəməməsi həmin fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, o, ittiham edildiyi üç maddədən 2-si üzrə bəraət ala bilib. Ona qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham isə tövsif edilib.

 

Hökmə əsasən, Urfan Quliyev yalnız qanunsuz lotereya və mərc oyunlarının təşkil edilməsində təqsirli bilinib. Bu ittihamla ona 1 il 10 ay 10 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında olduğu müddət də buraya daxil edildiyi üçün cəza çəkilmiş hesab edilib.

 

Hökm apellyasiya instansiyasında qanuni qüvvəyə minənə kimi U.Quliyev barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən şəxsin qohumu Yusif Baqiyev qumarxana təşkilindən 161 milyon manat gəlir əldə etməkdə ittiham edilir. Onun işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...