Ölü sayı sürətlə artır - Çin polisi maska taxmayanları həbs edəcək

Dünya
13:00 / 08.02.2020
3801
Çində koronavirus səbəbi ilə son 24 saat ərzində 88 nəfər ölüb, 3 min nəfər isə xəstəliyə yoluxub.
Sfera.az xarici mediaya istinadən bildirir ki, ölümlərin artması səbəbilə Pekin Bələdiyyəsi yeni qərar qəbul edib.
Qərara görə, otel, restoran, süpermarket, əyləncə yerləri, ictimai nəqliyyat və digər yerlərdə hamı mütləq maska taxmalıdır. Maska taxmayanlara əvvəlcə xəbərdarlıq ediləcək, buna məhəl qoymayanlar isə polis tərəfindən saxlanılacaq. (yeni sabah)