Güləşçimiz reytinq siyahısına başçılıq edir

Güləşçimiz reytinq siyahısına başçılıq edir

Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sfera.az Report-a istinadən bildirir ki, Azərbaycanın sərbəst güləşçilərindən 11 nəfəri DGB-nin reytinq siyahısında yer alıb.

Ən yaxşı göstərici ötənilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O, öz çəkisində reytinq siyahısına başçılıq edir.

Ötən ay heç bir yarışda iştirak etməyən Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov və Cəmaləddin Məhəmmədov reytinqdə bir pillə geriləyiblər. 97 kq çəkinin reytinq siyahısında ilk onluğa daxil olan daha bir güləşçi isə Şərif Şərifov olub.
Ötən ay İstanbulda keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə çempion olan Aleksandr Qostiyev 4 pillə, Minskdə keçirilmiş Aleksandr Medvedin mükafatı uğrunda beynəlxalq turnirdə çempion olan Nurməhəmməd Hacıyev isə 6 pillə irəliləyib. Güləşçilər müvafiq olaraq 86 kq çəki dərəcəsinin reytinq siyahısında 10 və 12-ci yerləri bölüşüblər. Bu çəkidə siyahıda Azərbaycanın daha 2 güləşçisinin adı var. Məhəmmədhacı Xatiyev 13-cü, Həmzət Osmanov 16-cı sırada qərarlaşıb. 


OXŞAR XƏBƏRLƏR