Azarkeşləri “Sumqayıt”ı belə ziyana saldı

İdman
14:20 / 04.02.2020
1536
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sfera.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turu ilə bağlı qərarlar qəbul edilib.
"Neftçi” – "Sumqayıt” oyununda ev sahibi komandanın oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Elə həmin matçda "Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün kluba 800 manat cərimə kəsilib.
"Səbail” – "Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün Ağdam klubu 800 manat cərimə olunub.
"Qəbələ” - "Keşlə” oyununda qonaqların 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. (yeni sabah)