Məşhur "Ömercik" vəfat etdi - FOTO

Dünya
00:15 / 03.02.2020
6899
"Yeşilçam” filmlərinin məşhur uşaq qəhrəmanı Ömercik – Ömər Dönməz vəfat edib.

"Haber Global”ın məlumatına görə, acı xəbəri Ö.Dönməzin qohumu Tolqa Acar sosial mediada paylaşıb. 1959-cü il təvəllüdlü Ömər Dönməz dörd yaşından kamera qarşısına keçib. O, 40-a yaxın filmdə rol alıb. Aktyor 17 yaşında başına gələn bədbəxt hadisə nəticəsində bir gözünü itirib.
Ömər Dönməzin mədə xərçəngindən əziyyət çəkdiyi bildirilir. Qohumun sözlərinə görə, məşhurun dəfn mərasimi sabah keçiriləcək.(oxu)
