Erməni təxribatı: Bərdədə körpü uçdu
10:22 / 01.03.2016
6701
Bərdənin Əyricə kəndində körpü uçub.
Sfera.az apa-ya istinadən verdiyi xəbərə görə, körpünün uçmasına səbəb Tərtərçay çayında suyun artması olub.
Tərtərçay Hidroqovşağı İdarəsindən bildirilib ki, Ermənistan tərəfi çaya işğal altında olan Sərsəng su anbarından normadan artıq su buraxıb.
Çayda suyun səviyyəsinin qalxması Tərtərçay çayında və Aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən "Xan Arx" su kanalının lil və çınqılla dolmasına səbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.
Çay suyunun qalxması Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdəki tikinti işlərini də ləngidib.