Şəkili seçicilərdən Vüqar İskəndərova böyük dəstək-FOTOLAR

Şəkili seçicilərdən Vüqar İskəndərova böyük dəstək-FOTOLAR
 

113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İskəndərov Vüqar Yapon oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhər sakinləri ilə növbəti görüşü baş tutub. Görüşdə şəhər ictimaiyyəti ilə yanaşı YAP Şəki Təşkilatının Gənclər Birliyinin fəal üzvləri də iştirak edib. 250-dən çox sakinin qatıldığı tədbirdə YAP-ın namizədi böyük coşğu ilə qarşılanıb. YAP seçki qərargahının təbliğatçıları sakinləri namizədin tərcümeyi halı ilə tanış ediblər.

Seçki qərargahının sədri Kamil Məmmədov növbədənkənar parlament seçkilərində şəkililəri fəal iştirak etməyə çağırıb. Həmçinin təbliğat təşviqat kampaniyası çərçivəsində sakinlər tərəfindən YAP-a böyük etimad göstərildiyinin şahidi olduqlarını vurğulayıb. Daha sonra sakinlər YAP-ın namizədi haqqında öz müsbət fikirlərini söyləməklə yanaşı, aparılan islahatlar çərçivəsində belə perspektivli kadrlara yer verdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir iştirakçıları namizədin seçiləcəyi təqdirdə gələcək fəaliyyəti haqqında da suallar ünvanlayıblar. YAP-ın 113 saylı seçki dairəsindən vahid namizədi Vüqar İskəndərov isə partiyasının platforması ilə seçiciləri tanış edib. Seçiləcəyi təqdirdə başda YAP sədri, prezident cənab İlham Əliyev olmaqla seçicilərin, şəkililərin etimadını doğruldacağına söz verib.


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...