Məşhur portal ən yaraşıqlıların siyahısını açıqladı: Azərbaycanlı müğənni ilk beşlikdə - FOTO

Məşhur portal ən yaraşıqlıların siyahısını açıqladı: Azərbaycanlı müğənni ilk beşlikdə - FOTO

Rusiyanın məşhur "Popcake” xəbər portalı bir sıra ölkələrin ən yaraşıqlı və dəbli beş kişi ifaçısının adlarını açıqlayıb.

Sfera.az xəbər verir ki, "Top-5”liyə Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan əslən azərbaycanlı "Jony” ləqəbli Cahid Hüseynli də daxil olub. Onunla bərabər siyahıda amerikalı müğənnilər Travis Scott və Post Malon, Cənubi koreyalı Texyon və rusiyalı bloqer və musiqiçi Morqenştern də var. Onların hər biri nəinki dəb tendensiyalarını mükəmməl şəkildə bilir, eləcə də dizaynerlərin tərtib etdikləri ekstravaqant geyimlər geyinməkdən çəkinmirlər.

 

Travis Scott 

Post Malon

Texyon

Morqenştern

Jony

""Jony”nin "look”ları və geyim tərzi müasir şəhər üslubunun bir nümunəsidir. Müğənni gündəlik "basic” və "casual” tərzli geyimlərini bahalı zinət əşyaları ilə xüsusi zövqlə uyğunlaşdıra bilir. Kənardan sənətçinin bu geyimi olduqca dəbdəbəli görünsə də, rəsmi tərzdən uzaqdır”- deyə, "Popcake” yazıb.

 "Jony” dörd yaşında ikən valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. O, uşaqlıqdan məşhur olmağı xəyal edir və nəhayət, arzusunu reallaşdıra bilir. "Jony”nin sözlərinə görə, onun sənətə gəlməsində böyük rolu sosial şəbəkələr oynayıb. Sənətçi ilk dəfə Bakıda "Jara-2019” beynəlxalq musiqi festivalında çıxış edib. C.Hüseynli azərbaycanlı musiqiçi Elman Zeynalov tərəfindən qurulan "Raava Music” leybolu altında çalışır. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR