ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb

ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb
 

Çərşənbə günü ABŞ-ın Kaliforniya ştatının Korona şəhəri yaxınlığında yerləşən hava limanında kiçikhəcimli təyyarə qəzasında 4 nəfər ölüb. 

Sfera.az xəbər verir ki, bu barədə şəhər Yanğından mühafizə xidməti məlumat yayıb.

 

Xidmətin "twitter” səhifəsində qeyd edilib ki, qəzaya səbəb təyyarənin 302,8 litr reaktiv yanacağının alovlanması olub. Nəticədə 0,1 hektar ərazidə yanğın baş verib. 

Hadisənin səbəbləri araşdırılarkən məlum olub ki, təyyarə hava limanının hazırda fəaliyyəti dayandırılmış şərq hissəsində qəzaya uğrayıb.


OXŞAR XƏBƏRLƏR