Yol polisi Gəncədə hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Yol polisi Gəncədə hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti  ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Dövlət Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, sürücülük təcrübəsi az olan sürücülər belə havada avtomobil idarə etməməlidirlər.

R. Zalov bildirib ki, sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır: "Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır”.

Şöbə rəisi  sürücülərin nəzərinə çatdırır ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməlidirlər. Eyni zamanda, zərurət olmadan sürücülərin ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər, eləcə də kəskin tormozlama etməmələri tövsiyə olunur: "Hazırda həmin ərazilərdə Dövlət Yol Polis İdarəsinin əməkdaşları nizamlayıcı qismində xidmət aparır. Sürücülər buna da diqqət yetirməli, nizamlayıcının göstərişlərinə uyğun hərəkət etməlidirlər”.

Şöbə rəisi yağışlı hava şəraitində sakinləri daha çox ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...