Xalq artisti Röya: Faiq məni “qara siyahıya” atıb - VİDEO

Mənim heç kimlə problemim yoxdur. Anlaşılmazlıqlar baş verir. Biz bir-birimizə qarşı deyilən sözləri düzgün qəbul etməyə bilərik. Başlıqlarda yazırdılar ki, "barışmaq istəyir”, bu belə deyil. Bunu kimlər yazdısa, onlara demək istəyirəm ki, istədiyim şeyi hər zaman edirəm.
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan Xəzər TV-də yayımlanan "X maqazin” verilişində deyib.
"İlk dəfə Faiq Ağayev məni "İnstagram”da qara siyahıya atıb. Sonra da özü gəlib dedi ki, "Mən səni görmürəm”. Cavab olaraq söylədim ki, heç vaxt heç kimi qara siyahıya atmaram. Bir aç, gör, var? Sonra da gördü ki, özü atıb məni qara siyahıya. Bizim aramızda yaşanan söz-söhbət konsert biletlərinin satışı ilə bağlı olmuşdu”.
Röya Faiqlə küsülülüyü anlaşılmazlığa bağlayıb, ondan dəstək gözlədiyini bildirdi:
"Mənim sənət tariximdə Faiq Ağayevin çox böyük rolu var. Hər zaman məni dəstəkləyib, xətrimi də çox istəyib. Anlaşılmazlıqlar olur ki, mən hələ də ondan dəstək gözləyirəm. Mən ancaq kiçiklik edə bilərəm. Nə qədər böyüsəm də, o qədər də kiçikləriyəm. Bunu bilsinlər. Mənim belə ürəyim var. Mən qarabağlıyam. Mənim bir dənə düşmənim var. Mənim üçün başqa düşmən yoxdur. Başqa cür ola da bilməz”. (oxu.az)