Nigar Nəsimi ilinə “Neylərəm”lə yekun vurdu

Maqazin
16:20 / 28.12.2019
3555
Əməkdar artist Nigar Şabanova İmaddədin Nəsimiyə həsr olunmuş ilə öz töhfəsini verib. Belə ki, xanım ifaçı Nəsiminin "Neylərəm” adlı qəzəlinə Qala kəndində yerləşən muzeydə klip çəkdirib.
Sfera.az xəbər verir ki, Nigar Şabanova əməkdar artist Babək Niftəliyevin tələbəsi Hikmət Şükürovla duet oxuyub. Şabanova açıqlamasında belə söyləyib.
" 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam oldu. Məlumdur ki, İ.Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları bu ili ona həsr etdi. Mən də öz növbəmdə ilin yekununda "Neylərəm” adlı qəzəli tam başqa formatda oxudum və bu gün tamaşaçılara, izləyicilərə təqdim edirəm”.
Qeyd edək ki, klipin rejissoru Vəfa Abrişami, sözləri İmadəddin Nəsimi, musiqisi isə Rübail Əzimovaya məxsusdur.
Sözügedən klipi "YouTube"dan izləyə bilərsiniz: