"Barselona"lı futbolçu klubu məhkəməyə verib

 

İspaniya "Barselona"sının futbolçusu Arturo Vidal klubu məhkəməyə verib.

Sfera.az  xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisini müqavilədəki bir sıra detallara görə 2.4 milyon avro bonusu ödəməməkdə ittiham edir.

Sözləşmədəki bəndə əsasən, çilili oyunçu ötən mövsümdəki oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olduğu təqdirdə, 2 milyon avroya yaxın mükafat almalı idi. Ancaq Vidal bu şərti matçların yarısında meydanda olub. Buna görə də "Barselona" razılaşdırılmış məbləğdən başqa heç bir borcu olmadığını bildirib. Futbolçunun vəkilləri isə Vidala ödənişin 50 faizinin verilməsini tələb edirlər.

Məhkəmə iddiasının qalan hissəsi yarımmüdafiəçinin klubla bağladığı müqavilədəki digər məqamlarla əlaqədardır. Klubun Çempionlar Liqasında 1/8 və 1/4 finala çıxması və La Liqada çempion olmasına görə Vidala bonuslar ödənilməli idi.

Qeyd edək ki, Arturo Vidalın İtaliya "İnter"inə keçməyə yaxın olduğu bildirilib. İddialara görə, "Yuventus" da yarımmüdafiəçi üçün mübarizəyə qoşulub. 


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...