Həyat yoldaşı intim videosu yayılan azərbaycanlı aktyoru dəstəklədi

Həyat yoldaşı intim videosu yayılan azərbaycanlı aktyoru dəstəklədi
Son günlər sosial şəbəkələrdə pornoçarxı yayılan və kəskin müzakirələrə səbəb olan məşhur azərbaycanlı aparıcı və aktyor Ülvi Həsənlini həyat yoldaşı dəstəkləyib.

Son zamanlar bir çox məşhurlar gündəmə öz layihələri və işləri ilə deyil, müxtəlif "qaynar" çarxları ilə gəlirlər. Onların bu çarxları təkcə sosial şəbəkələrdə və KİV-lərdə deyil, hətta məşhur pornosaytlarda da nümayiş etdirilir. Bu dəfə isə intim videonun baş qəhrəmanı Ülvi Həsənli olub. Onun və azərbaycanlı model Nərgiz Əliyevanın (Nara Jasmin) iştirakı ilə çəkilmiş çarx bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılıb.

Həsənlinin sözlərinə görə, sözügedən video bir neçə il əvvəl, o, hələ subay oğlan olanda çəkilib. Aktyor hesab edir ki, onun videoçarxını qız özü yayıb, ona görə də o, deyil, qız utanmalıdır.

"Mən başa düşmürəm ki, bu videonu saxlamaq nəyə lazımdır? Görünür, qısqanclıq insanlara yaşamağa imkan vermir, odur ki, mənə pislik eləmək qərarına gəliblər, ancaq özlərinə pislik ediblər. Bu video mənim ailə həyatıma heç bir şəkildə təsir göstərməyib. Həyat yoldaşım və ailəm məni dəstəkləyir. Allahıma və taleyimə şükür edirəm ki, bu cür anlayışlı xanımım var. O, həmişə yanımdadır və məni dəstəkləməyə hazırdır", - deyə Həsənli Sputnik Azərbaycan-a bildirib.

Aparıcını təkcə həyat yoldaşında deyil, işdə də bəxti gətirib. Sən demə, onun ARB telekanalından qovulduğu barədə KİV-də yayılan məlumatlar yalan imiş. Aktyor səhər proqramı ilə yanaşı, gecə şousunu da aparacaq.


"Mən telekanalın rəhbərliyinə dəstəyə görə minnətdaram. Bu çarx yayımlanana qədər artıq mənim bu yaxınlarda premyerası olacaq gecə şousunu da aparacağım dəqiqləşmişdi. Şadam ki, düşmənlərim öz məqsədlərinə çata bilmədilər. Allaha şükür ki, mənim ailəmdə də, işimdə də hər şey yaxşıdır", - Həsənli deyib.

Ülvi Həsənli artıq uzun illərdir ARB telekanalında əyləncəli səhər şousunu aparır. O, həmçinin yumoristik layihələrdə - "Dəfnə ağacı", "Sən olmasaydın", "Qisas" və digər serial və filmlərdə çəkilir. Aktyor 2019-cu ilin iyununda ailə qurub və yaxın vaxtlarda ata olacaq.

OXŞAR XƏBƏRLƏR

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...