Türkiyəli ulduzlar Bakıda: “Babam azərbaycanlıdır” - FOTO

Türkiyəli ulduzlar Bakıda: “Babam azərbaycanlıdır” - FOTO

"Eşkiya dünyaya hökmdar olmaz” serialının aktyorları paytaxtımızın qonağı olub.

Sfera.az xəbər verir ki, Nizami Kino Mərkəzində aktyorların iştirak etdiyi "Aman reis duymasın” filminin qala gecəsi keçirilib. Qalada həm filmdə, həm də "Eşkiya dünyaya hölmdar olmaz” serialında oynayan Ozan Akbaba (İlyas Çakırbeyli), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) iştirak edib.

Filmin rejissoru Onur Tan bildirib ki, film "Eşkiya dünyaya hökmdar olmaz” serialından tanınan xarakterlərin istirahət tətilinə çıxmaqlarından, kiçik qəsəbəyə gələr-gəlməz inanılmaz işlərə qarışmalarından və başlarına gələn digər hadisələrdən bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bu olanları bilməyidir.

 

Sfera.az-ın məlumatına görə, oxu.az-a danışan paytaxtımızın ilk dəfə qonağı olan aktrisa Sevinç Gürşen Kıratlı Bakını çox sevdiyini deyib:

"İnsanlarınız çox istiqanlı və qonaqpərvərdir. Sizləri çox sevdim. Bura gəlməyimizə görə xoşbəxtik. Eyni serialda oynamağımız filmin istənilən kimi olmasına şərait yaratdı. Neçə illərdir birlikdə çalışırıq. Artıq ailə olmuşuq”.

Ceren Benderlioğlu Oxu.Az-a açıqlamasında babasının azərbaycanlı olduğunu qeyd edib: 

"İlk dəfə Bakıya gəlirəm. Amma öncədən azərbaycanlı sənətçilərlə birlikdə eyni layihədə oynamışıq. Babam azərbaycanlıdır. Ona görə mənim də bir tərəfim azərbaycanlı sayılır. İnanıram ki, bundan sonra tez-tez Bakıya gələcəyəm. Kamran Ağabalayev və Könül Nağıyeva ilə eyni filmdə oynamışıq”.

Aktrisa Sevil Akı Oxu.Az-a açıqlamasında ikinci dəfə ölkəmizin qonağı olduğunu bildirib:

"Bakı möhtəşəm yerdir. Ortaq film layihəsi gələrsə, qəbul edərəm. Qonorar ikinci planda qalır”.

Qeyd edək ki, filmdə oynayan aktyorlar Oktay Kaynarca işlərinin çoxluğundan, Mustafa Üstündağ isə təyyarəyə gecikdiyi üçün qalaya qatıla bilməyib.

 

 


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...