Məşhur türkiyəli aktyor: Soyum buradan gəlmədir, toyumda “Tərəkəmə” oynadım - FOTO

Məşhur türkiyəli aktyor: Soyum buradan gəlmədir, toyumda “Tərəkəmə” oynadım - FOTO

Bakı möhtəşəmdir. Burada olan dostlarımdan bir çox tövsiyələr almışam. İçərişəhərə getməyi məsləhət gördülər. Hətta vaxtım olsa, burada yaşamağa belə gələrəm. Nə vaxtsa bizim də dostum və həmkarım Oktay Kaynarca kimi buradan ev almaq imkanımız olar.

Sfera.az-ın xəbərinə görə, bunu oxu.az-a açıqlamasında Nizami Kino Mərkəzində "Aman, reis duymasın” filminin qala gecəsinə qatılan aktyor Ozan Akbaba deyib: 

"Azərbaycana ilk dəfə gəlirəm. Bakını çox bəyəndim. Serialdakı həmkarlarımın çoxu burada olublar. Həmişə Bakı haqqında xoş sözlər deyirdilər. Həmçinin mənim soyum buradandır. Ona görə Bakıya özəl marağım və istəyim var. İlk dəfə gəlsəm də, inanılmaz gözəl şəhərlə qarşılaşdım. İnsanları da çox gözəldir”.

Azərbaycan musiqilərini və sənətçilərini sevdiyini söyləyən aktyor hər zaman azəri mahnılarını dinlədiyini bildirib:

"Bir çox qulaq asdığım sənətçiləriniz var. Rəşid Behbudovu, kamança ifaçınız İmamyar Həsənovu, Şövkət Məmmədovanı çox sevirəm. Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, "Arşın mal alan” operettanızı çox bəyənirəm. Azərbaycan film və seriallarından yaxşı təklif gəlsə, qəbul edərəm. Əsas odur ki, ürəyimcə olsun”.

Aktyor bir müddət öncə toyunda "Tərəkəmə” rəqsi oynamasına da aydınlıq gətirib:

"Tərəkəməli olduğumuz üçün o rəqsi oynadım. Oynamaqda çətinlik çəkmədim. Amma "YouTube”da çox maraqlı şərhlə qarşılaşdım: "Oğlan yaxşı oynamır. Ancaq deyəsən, həyat yoldaşı azərbaycanlıdır”. Ancaq xanımım Konyadandır. Bizlərə heç bir aidiyyəti yoxdur. Düzü, o paylaşıma bir az pis oldum”.

Qeyd edək ki, Ozan Akbaba "Eşkiya dünyaya hökmdar olmaz” serialındak İlyas Çakırbeyli obrazı ilə tanınıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...