Fədayə Laçın keçmiş həyat yoldaşı barədə: Mən həbs olunmamışdan öncə... - FOTO

Fədayə Laçın keçmiş həyat yoldaşı barədə: Mən həbs olunmamışdan öncə... - FOTO
Əlhəmin toyu olsa, icazə verəcəksiniz ki, atası elçiliyə getsin, toyda ata kimi söz desin?
 

Sfera.az  xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində qonaq olan Fədayə Laçına müraciət edib.

Xanım sənətçi oğlu Əlhəmə atası ilə bağlı heç bir qadağa qoymadığını bildirib:

"Niyə icazə vermirəm ki?! Mən heç vaxt onun atası ilə görüşməyinə qadağa qoymamışam. Mənim özümün onunla (keçmiş həyat yoldaşı ilə) heç bir əlaqəm yoxdur. Mən olmayanda ailə sıxıntıda idi. Mən onda Əlhəmə dedim ki, "İstəyirsən, atana zəng vur, denən ki, problem var", dedi "Yox". Mən həbs olunmamışdan öncə də elə söhbətlər olub ki, demişəm atana denən, bəlkə nə isə kömək edər. Heç Əlhəm özü demək istəmir. O, iş adamı deyil, amma vəziyyəti pis də deyil".

Tolik sənətçinin oğluna da "Əlhəm, toy eləsən heç ata xeyir-duası istəyəcəksən? Dəvət edəcəksən onu toyuna?" sualı ilə müraciət edib. Əlhəm "Əlbəttə ki! Hər nə olubsa da, ata haqqı ata haqqıdır da" cavabını verib.
 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...