Röya rəqsi ilə izləyənləri məst etdi - VİDEO

Maqazin
21:30 / 25.12.2019
2346
Xalq artisti Röya Ayxan açıq-saçıq geyimi və ehtiraslı rəqsi ilə diqqətləri öz üzərinə cəmləyib.
Sfera.az xəbər verir ki, sənətçi bu tərzdə yeni klipinin çəkilişləri zamanı kamera önünə keçib.
Röya geyindiyi qırmızı dərin sinə dekolteli və qısa parıltılı donu ilə göz qamaşdırıb. İfası zamanı Xalq artisti cazibədar hərəkətləri və ehtiraslı rəqsi ilə görənləri özünə heyran qoyub. Məşhur yenidən köhnə saç düzümünə qayıdıb. Saçlarını qaynaq yolu ilə çiyinlərinə qədər uzadan Röya onları buraraq, dağınıq formaya salıb.
Ümümilikdə Röya Ayxanın həm geyimi, həm saç düzümü, həm də makiyajı bir-birini tamamlayıb. Xalq artistinin bu obrazı izləyicilər tərəfindən maraqla qarşılanıb. (oxu.az)