Bakıda gənc qız 12-ci mərtəbədən yıxıldı
Hadisə
09:46 / 25.02.2016
3024
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sfera.az bildirir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.