Aygünün mahnısından danışan gənc müğənni: “Yaxşı ki, birinci mənim mahnım çıxdı” - VİDEO

Aygünün mahnısından danışan gənc müğənni: “Yaxşı ki, birinci mənim mahnım çıxdı” - VİDEO

Yaxşı ki, birinci mənim mahnım çıxdı. Sonra o mahnı (red: Aygün Kazımovanın ifa etdiyi "Ehtiyacım var”) gəldi. Hər bir bəstəkarın öz dəsti xətti var. Hətta xarici bəstəkarların mahnıları belə, bir-birinə oxşayır.

İsmayıl Əsədovun bu günə kimi yazdığı mahnıların hamısında oxşarlıq var. Mahnı səslənəndə hiss edirsən ki, bu bəstənin müəllifi İsmayıl Əsədova məxsusdur. Onun dəsti-xətti, möhürüdür. 

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində gənc və istedadlı müğənni Xəyal deyib. O, ifa etdiyi "Ürəyimi yarma” mahnısının Xalq artisti Aygün Kazımovanın səsləndirdiyi "Ehtiyacım var” ilə birə-bir oxşarlıq mövzusuna bu cür münasibət bildirib:

 

"Aygün Kazımovanın və mənim mahnım arasında ola bilər ki "lad”lar eyni olsun. Aranjimanda oxşarlıq ola bilər. Çünki biz bir komanda ilə çalışırıq. Uşaqlar bir-birindən bəhrələnə bilər. Bu normal bir haldır. Amma plagiat olması yalnış fikirdir. Tam fərqli mahnıdır.

Aygün Kazımovanın ifa etdiyi "Ehtiyacım var” mahnısı çıxmazdan öncə studiyada dinləmişdim. Çox gözəl mahnıdır. Tənha qadınlara aid bir bəstədir. Bu mahnıda sevgiyə ehtiyacı olan xanımlar özlərini görürlər. Mənim mahnım ilə Aygün Kazımovanın oxuduğu mahnı arasında fərq var. Kantası, sözləri fərqlidir”.



Bir çox gənc ifaçıların "Avroviziya” beynəlxalq mahnı yarışmasına can atdığı bir vaxtda Xəyal sözügedən müsabiqədə iştirak etməyəcəyini dilə gətirdi:

"Avroviziya”ya heç zaman getməyəcəm. O yarışma maraq dairəmdə deyil. Getdikcə müsabiqə marağını daha da itirir. Haqsızlıqlar çox olur. Çingizin mahnısı və ifası əla idi, amma səkkizinci yerə layiq görüldü. Ona görə "Avroviziya”ya qatılmaq istəmirəm”.

Xəyal müsahibəsinin sonunda ekranlara gec-gec çıxmasını və şou-biznesdə olmamasının səbəblərini mahnılara bağladı:

"Şou-biznesdə olmamağımın əsil səbəbi mahnılardır. Gün ərzində bir dənə mahnı göndərirlər. Amma o mahnıların uğurunu görmürəm. Ona görə də oxuyub, çıxmıram. Digər müğənnilər kimi, "fabrik” deyiləm. İstəmirəm gündə bir mahnı çıxarıb, dinləyicilərin qulaqlarını yorum”.


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...