Nazir: “Yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var”

Nazir: “Yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var”
 

"İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər bu barədə danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik".

Sfera.az xəbər verir ki, bunu "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər: "Ona görə də bu gün əmək bazarında tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var".

 

C.Bayramov deyib ki, Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib: "Yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən biliyin təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib. Ən vacib məqam ondan ibarətdir ki, yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqlarını ölçülməsi olduqca vacibdir. Bu imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətidir. Növbəti vacib məqam odur ki, yeni imtahan modelində fənlərin sayında azalma var. Nəzərə alaq ki, buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən isə, II mərhələdə imtahan fənlərinin sayında azalma var. Hesab edirik ki, bu, həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədən kənar qəbul olunub".

Nazir deyib ki, bu dəyişiklik növbəti illərdə çox müsbət nəticələr verəcək.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...