Kıvanç Tatlıtuğun arvadından gözlənilməz - AÇIQLAMA

Maqazin
12:40 / 14.12.2019
1913
Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizer ilk dəfə aktyorla bağlı şəxsi açıqlamalar verib.
Sfera.az xəbər verir ki, "YouTube” vloqeri Pelin Kayanın qonağı olan Başak "Kıvançı qısqanırsınızmı?” sualına heç kəsin gözləmədiyi cavabı verib.
Başak həyat yoldaşını qısqanmadığını bildirib:
"Kıvançı qısqanmıram. Çünki heç qısqanc biri deyiləm. Dostlarım belə Kıvançı qısqanıb-qısqanmadığımı soruşurlar. İnanın ki, xasiyyətimdə bu yoxdur. İndiyə kimi Kıvançla aramızda bununla bağlı hər hansı problem olmayıb”.
Qeyd edək ki, cütlük 2015-ci ildə Parisdə ailə həyatı qurub. (oxu.az)