"Silah çəkib, "Oxu!" əmrini verdilər" — Brilliant Dadaşova

 Xalq artisti Brilliant Dadaşova Azərbaycan SSRİ-nin tərkibindən çıxandan sonra AXC-nin hakimiyyəti dövründə ölkədə yaşanan xaosdan, özbaşınalıqdan söz açıb.
 
Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, Dadaşova Xəzər TV-nin "Hər şey daxil" verilişinin ulu öndər Heydər Əliyevə həsr edilmiş buraxılışında öz xatirələrini danışıb.
 
O, H.Əliyev hakimiyyətə gələnədək ölkədəki hərci-mərclik və təhlükəli dönəmdən danışarkən şahidi olduğu hadisələri misal gətirib:

"Vəziyyət o həddə çatmışdı ki, o vaxtın ən bahalı "Moskva" və "İnturist" otelləri kimi bir yerdə keçirilən toylarda dava düşürdü, masalar dağılırdı, insanlar bir-birinə silah çəkirdi. Gözümün qabağında hamının tanıdığı müğənniyə silah çəkib, "Oxu!" əmrini verdilər.
 
Mənim gözümün qabağında bəyin avtomobilinin yük yerindən 50 silah çıxdı. Adam nə polis idi, nə də hərbçi. Mənim kiimi bir insan çantamda silah gəzdirirdim. Bloka girəndə silahı çəkib hazır tuturdum. O dönəmlər çox təhlükəli idi. Hər addımbaşı oğurluq, quldurluq, adam öldürülürdü. Xalqın ən sevincli günü toy idi, elə bir gündə belə adam öldürürdülər".


OXŞAR XƏBƏRLƏR

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...