“Günay, sən odla oynayırsan!” - ATV-də yenə ara qarışdı, Zaur əsəbləşdi - Video

“Günay, sən odla oynayırsan!” - ATV-də yenə ara qarışdı, Zaur əsəbləşdi - Video

ATV-nin "BizimləSən" proqramında talehi müzakirəyə çıxarılan Günay adlı qadın Zair Baxşəliyevi qəzəbləndirib.

Sfera.az xəbər verir ki, iki uşağının atasından boşanan qadın Ramin adlı gənclə vətəndaş nikahında yaşayır və bu bərabərlikdən də bir övladı var.

Hazırda Günayın keçmiş həyat yoldaşı uşaqların vəlayətini almaq üçün hüquqi addımlar atır. Z.Baxşəliyev bu müddətdə Günaya dəfələrlə maddi yardım etdiyini dilə gətirib. Bunu efirdə səsləndirməyə isə Günayla Raminin hərəkətləri olub. Onlar dünən efirə gəlməkdən imtina ediblər və onlara zəng vuran verilişin əməkdaşlarını təhqir ediblər. 

Bundan sonra Z.Baxşəliyev efir vasitəsilə Günaya səslənib:

"Günay, sən odla oynayırsan! Mən sənə nə qədər dəstək oldum, bunu özün də bilirsən, Ramin də. Bir Günaya dəstək olduq, şəxsən mən öz əlimlə balalarına da, özünə də dəfələrlə kömək etmişəm. Biz indi Günaya zəng vururuq, Ramin telefonu qaldırıb, bizim əməkdaşları söyür və təhqir edir".

Xatırladaq ki, bir neçə gün bundan öncə  Günayın keçmiş əri ilə indiki həyat yoldaşı Ramin arasında dava düşüb. Belə ki, Ramin və İlham adlı şəxs ATV yerləşdiyi binanın pilləkanlarında əlbəyaxa olub. Həmin anlar kanalın təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.(yeüni sabah)


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...