“Həmin vaxt çantamda silah gəzdirirdim” - Brilliant Dadaşovadan etiraf

Maqazin
19:45 / 12.12.2019
2872
Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişinin qonağı olub.
Sfera.az xəbər verir ki, müğənni efirdə maraqlı açıqlamalar verib. Xanım sənətçi bir zamanlar çantasında silahla gəzdirdiyini etiraf edib:
"Sovet höküməti dağılandan sonra Heydər Əliyev hakimiyyətə gələnə qədər olan bir-iki il ərzində xalqımız çox əziyyət çəkirdi. Toylarda davalar düşürdü. Mənə baxırsınız ki, adi qadındır. Amma mən də bir vaxtlar çantamda silah gəzdirirdim. Bloka silahsız girmək olmurdu. Hər an bizi hər şey gözləyə bilərdi. Silahı çəkib, çantamı sinəmə basıb girirdim içəri. Yanımda sürücü olurdu, başqa adamlar olurdu amma nə olsun? Hər addımda qabaq kəsmək, oğurluq, adam öldürmək olurdu". ( yeni sabah)