2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO

2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO

Dünyaca məşhur axtarış saytı "Google” keçən il axtarışa ən çox hansı məşhurların adlarının yazıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, sözügedən siyahıya liderliyi aktyor Cussi Smollett başçılıq edib.

Belə ki, Cussi irqçilik qalmaqalına düşüb. Onun bu savaşa özünün istəyi və ya kiminsə əli ilə qatılması bəlli olmasa da, güclü ittihamlar səbəbi ilə iş məhkəməyə qədər uzanıb.

 

Xoşbəxtlikdən məhkəmə ona bəraət qazandırıb. Beləcə, Cussi Smollett "Google”da rekord baxış əldə edib.

İkinci yerdə qərarlaşan isə komediyaçı Kevin Hartdır. O da sosial şəbəkə istifadəçiləri tərəfindən "Google”da ən çox axtarışa verilənlər siyahısında yer alıb. Kevin əvvəlcə "LGBT” cəmiyyətinə qarşı təhqirlərə görə dünyaca nüfüzlu "Oskar Akademiya Mükafatı”nı təqdim etməkdən (aparıcı - red.) kənarlaşdırıldı. İlin sonunda isə Hart avtomobilində qəza keçirdiyinə görə belindən ciddi xəsarət alıb.

Üçüncü və dördüncü cərgələrdə yer alan Lori Laflin və Felisiti Huffman rüşvət verdikləri üçün şöhrət qazanıblar, bunun sayəsində övladları nüfuzlu təhsil müəssisələrinə daxil olub. Hər iki ulduz ana cinayət məsuliyyətinə cəlb edilib. Beləcə, onların adı "Google”da ən çox axtarılanlar siyahısına düşüb.

Beşinci yeri dünyanın ən sevilən kino aktyoru Kiano Rivs tutub. O, həmkarlarından fərqli olaraq, əldə etdiyi uğurlar nəticəsində adı "Google”da axtarışa verilən sırasına daxil olub. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...