İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı — Firuzə İbadova

İlhamə Quliyevanın oğlu Orxan mənə borcunu qaytarmadı — Firuzə İbadova
Bir neçə il öncə Əməkdar artist Firüzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb.
 

"Ölkə.Az" bildirir ki, tədbirlərin birinə qatılan sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:

"Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi”.

F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da redaksiyamız vasitəsi ilə ikibaşlı mesaj ünvanlayıb:

"İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı”.

Əməkdar artist müsahibəsinin sonunda mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib:

"İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, "zəmidir”. Ümid edirəm nə vaxtsa, mənim də "zəmim” bəhrəsini verər.

Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...