Murad Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyir: Avropa səhnəsini üç dəqiqə ərzində fəth edəcəyəm

Murad Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyir: Avropa səhnəsini üç dəqiqə ərzində fəth edəcəyəm

Bəstəkar-müğənni Murad Arif mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək "Avroviziya-2020” beynəlxalq mahnı yarışmasında ölkəsini təmsil etmək fikrinə düşüb.

Sfera.az xəbər verir ki, sənətçi bu haqda şəxsi "Facebook” hesabında yazıb. Ötən axşam klubların birində konsert verən sənətçi namizədliyini irəli sürdüyü haqda status paylaşıb:

"Bugünkü konsertimdən sonra bəyan etmək istəyirəm və hər birinizdən buna dəstək gözləyirəm: "Eurovision 2020” üçün namizədliyimi rəsmi olaraq təklif edirəm. Buna hazıram və arzulayıram.

Bizə üç dəqiqəlik hit lazımdır ki, özümüz yazaq, öz uşaqlarımızla, nəğməmizlə oraları partladaq. Bizə inanın!”

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Murad Arif ilə əlaqə saxlayıb. O "Avroviziya” müsabiqəsinə tam hazır olduğunu bildirib:

"Ötən axşam möhtəşəm bir konsert proqramı ilə çıxış etdim. Məhz bu konsertdən sonra bir daha əmin oldum ki, "Avroviziya”ya tam hazıram. Amma bu il yarışmaya qatılmaq istəyirəm. Çünki bu gücü və hazırlığı indi özümdə görürəm. Mənim qədər "Avroviziya”nı mükəmməl şəkildə öyrənən və təhlil eden yoxdur. Dəfələrlə mən yarışmanın şərhçisi olmuşam.

Bir dənə "Hə” cavabı alsan bütün gücümü bu yolda səfərbər edib, Avropa səhnəsini üç dəqiqə ərzində fəth edəcəyəm. Bunu ürəkdən istəyirəm. Əminəm ki, bunu bacaracağam. Çox iddialıyam. Bəstələrim və mahnılarım ölkə sərhədlərindən çıxıb, əcnəbi ifaçıların repertuarlarında yer alıb. Bu Azərbaycanda ilk dəfədir ki, məşhur pop ifaçı öz istəyini və ideyasını ortaya qoyur”.

Qeyd edək ki, "Avroviziya-2019” yarışmasının qalibi Niderland təmsilçisi Dunkan Laurens olub. Dunkan 492 səslə ölkəsinə "Avroviziya” sevinci yaşadıb. Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla yeddinci yerdə qərarlaşıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi – Millət vəkili

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etmə...

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...