Almaniya iki rus diplomatı arzuolunmaz şəxs elan etdi

Almaniya iki rus diplomatı arzuolunmaz şəxs elan etdi

Almaniyanın Xarici İşlər Nazirliyi Berlində Gürcüstan vətəndaşının öldürülməsi işi ilə əlaqədar Rusiya səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib.

"RİA Novosti” xəbər verir ki, bu barədə Almaniya XİN bəyanat yayıb.

Alman hökuməti Rusiyanı çoxsaylı qətiyyətli və yüksək səviyyədə çağırışlara baxmayaraq, 2019-cu ilin 23 avqustunda törədilmiş cinayətin araşdırılmasında kifayət qədər iştirak etməməkdə ittiham edib.

Bəyanatda, həmçinin, cinayətin Rusiyanın dövlət orqanları və ya tərkibindəki Çeçenistan Respublikasının müvafiq orqanları tərəfindən sifariş olunmasına dair kifayət qədər faktların olduğu qeyd edilib.

"Spiegel” nəşri qeyd edib ki, Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev XİN-ə çağırılıb və ona nota təqdim olunub. Rusiya tərəfi Almaniyanın Baş Prokurorluğu ilə cinayət işi ilə bağlı əməkdaşlığa dəvət olunub. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrıldı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyə təmsilçisi "Boluspor"dan ayrılıb.   Sfera.az-ın məlumatına görə, bu barədə yarı...

“Prezidentin təqdim etdiyi açıqlamalar Azərbaycanın yaşıl enerji gündəliyinin iddialı olduğunu göstərir”

“İyunun 2-də Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi növbəti dəfə öz işinə başladı. Tədbir çərçivəsində Bakı Ekspo Mərk...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lənkəranda zəlzələ olub.   Sfera.az xəbər verir ki, yeraltı təkanlar 3-4 bala qədər hiss olunub....

Bakıda üç tanış bir nəfəri oğurladı, narkotik və pul tələb etdi - TƏFƏRRÜAT

Bakıda adam oğurluğu, quldurluq və digər cinayətlərdə ittiham olunan 1993-cü il təvəllüdlü Tural İslamov, 1998-ci il təvəllüdlü Nurlan Səfərov və 1996-cı il təv...

ABŞ səfirliyindən Ukraynadakı vətəndaşlara XƏBƏRDARLIQ

ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.   Sfera....

"Bunu dərk edəndən sonra məzarımı qazdırdım" - Meyxanaçı

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz ki, ölüm ancaq qonşu, qohum üçündür?"...