ABŞ Senatında Türkiyəyə sanksiyalar müzakirə olunacaq

ABŞ Senatında Türkiyəyə sanksiyalar müzakirə olunacaq

ABŞ Senatının Xarici İşlər Komitəsi gələn həftə Türkiyəyə qarşı sanksiyalarla bağlı qanun layihəsini müzakirə edəcək.

"RİA Novosti” xəbər verir ki, bu barədə komitənin rəsmi saytında informasiya yerləşdirilib.

Qanun layihəsi qəbul ediləcəyi halda, qüvvəyə minməsi üçün Senat və Nümayəndələr Palatasının bütün tərkibi tərəfindən qəbul edilməli, həmçinin, ABŞ Prezidenti Donald Tramp imzası ilə sənədi təsdiqləməlidir. Hazırda isə ABŞ Prezidenti Konqres tərəfindən Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq etmək istəmədiyinə görə tənqid edilir.

Qanun layihəsi daha əvvəl qəbul edilmiş "CAATSA” sanksiya qanunlarına uyğun olaraq Türkiyəyə "S-400” alınmasına görə sanksiyalar tətbiq etməyi nəzərdə tutur.

Bununla yanaşı, qanun layihəsi Türkiyəyə ABŞ silahlarının satışını məhdudlaşdırır və Ankaranın Suriyadakı hərbi əməliyyatları üçün silah tədarükünə cavabdeh türk rəsmilərinə qarşı sanksiya nəzərdə tutur.

Xatırladaq ki, ABŞ Suriyadakı əməliyyatlara görə artıq Türkiyəyə sanksiya tətbiq edib, lakin Ankaranın atəşkəsə razılaşmasından sonra sanksiyalar ləğv olunub. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

“Prezidentin təqdim etdiyi açıqlamalar Azərbaycanın yaşıl enerji gündəliyinin iddialı olduğunu göstərir”

“İyunun 2-də Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi növbəti dəfə öz işinə başladı. Tədbir çərçivəsində Bakı Ekspo Mərk...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lənkəranda zəlzələ olub.   Sfera.az xəbər verir ki, yeraltı təkanlar 3-4 bala qədər hiss olunub....

Bakıda üç tanış bir nəfəri oğurladı, narkotik və pul tələb etdi - TƏFƏRRÜAT

Bakıda adam oğurluğu, quldurluq və digər cinayətlərdə ittiham olunan 1993-cü il təvəllüdlü Tural İslamov, 1998-ci il təvəllüdlü Nurlan Səfərov və 1996-cı il təv...

ABŞ səfirliyindən Ukraynadakı vətəndaşlara XƏBƏRDARLIQ

ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.   Sfera....

"Bunu dərk edəndən sonra məzarımı qazdırdım" - Meyxanaçı

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz ki, ölüm ancaq qonşu, qohum üçündür?"...

Ali Koçun "Fənərbağça"dakı gələcəyinə aydınlıq gəldi

"Fənərbağça" klubunda yeni prezident seçkisi keçirilməyəcək.  Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, ...