Komitə rəsmisi: Bəzi kişilər həyat yoldaşlarını narkokuryerliyə məcbur edirlər

Komitə rəsmisi: Bəzi kişilər həyat yoldaşlarını narkokuryerliyə məcbur edirlər

Son illər qadınlardan narkokuryer kimi istifadə edilməsi halları artıb. 

Sfera.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəsinin birinci müavini Güloğlan Muradlı deyib. 

Onun sözlərinə görə, ümumiyyətlə, narkotacirlərin 14 faizini qadınlar təşkil edir:

 

"Təəssüf ki, son dövrlər biz öz həyat yoldaşlarını, qadınları narkotacirliyə sövq edən şəxslərlə tez-tez rastlaşırıq. Uşaqların dəqiq sayı bilinməsə də, bəzən olur ki, bu işə azyaşlı uşaqların da cəlb olunması faktı ilə üzləşirik”.

G.Muradlı onu da əlavə edib ki, cari ilin 11 ayı ərzində daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı ötən ilin eyni dövrü ilə müqayisədə 21 fakt artıb:

"Ötən il insanların daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı 87 olub. Bu il isə bu göstərici 108-ə çatıb”.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...