“Əlvida deyə bilmərəm” - Poçettinodan vida mesajı

İdman
13:50 / 22.11.2019
1196
"Tottenhem”dən istefaya göndərilən Maurisio Poçettino sabiq komandası ilə vidalaşıb.
Sfera.az xəbər verir ki, argentinalı çalışdırıcı paltardəyişmə otağında taktiki gedişlərin qeyd edildiyi lövhəyə təşəkkür mesajı yazıb: "Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə qəlbimizdə qalacaqsınız”.
Qeyd edək ki, 2014-cü ildən London klubunda baş məşqçi olan 47 yaşlı mütəxəssis yaxın günlərdə Premyer Liqadakı uğursuz çıxışına görə vəzifəsindən istefaya göndərilib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasının finalına qədər irəliləyib. Finalda isə "Liverpul”a məğlub olub.(yeni sabah)