Hansı sıyıq daha faydalıdır? - Özünüz seçin

Hansı sıyıq daha faydalıdır? -  Özünüz seçin

Taxıl bitkiləri və paxlalı bitkilər insan orqanizminə çox xeyirlidir. Yaxşı olar ki, çox qaynadılmasın. Bunun üçün taxılı axşamdan təmizlənib, yuyulduqdan sonra qaynar suda  səhərə kimi dəmdə saxlanılır. Paxlalıları isə axşamdan soyuq suya qoymaq məsləhətdir. Səhər bir buğum qaynayan kimi, hazır olacaq. Bişirərkən duz, yağ qatılmazsa, keyfiyyətli qida sayılar.

Gəlin diqqət edək görək, məhsulları soyuq suda saxladıqda neçə dəqiqəyə hazır olur:

. qarabaşaq 1 saat

. buğda 30 dəqiqə

. çovdar 12 saat

. arpa 2 saat

. düyü 70 saat

. kəpək, yulaf 5-10 dəqiqə.

Mağazalardakı qəhvəyi rəngli qarabaşaq qovrulmuş haldadır. Onu üstəlik qaynatmaq bütün keyfiyyətini öldürmək dəməkdir.

Öz sıyığınızı seçin!

Qarabaşaq:

Qarabaşaq sıyığı dəmir, kalsium, B qrupu vitamin, orqanizm tez həzm edən zülallarla (ona görə də Çində ət əvəzi yeyilir) zəngindir. Qan- damar, hipertoniya (qanazlığında), böyrək xəstəliklərində çox xeyirlidir. Həzm sistemini və bağırsaqların işini yaxşılaşdırır. Bundan başqa, qarabaşağın tərkibindəki 8%-lik kversetin maddəsi var ki, xərçəngin müalicə və profilaktikası üçün ən güclü təbii maddələrdən biri sayılır.

Kalori dəyəri: 329 kkal/100qr.

Qarğıdalı:

Bağırsaqların işini yaxşılaşdırır. Tərkibindəki silisium dişlərə müsbət təsir edir. Daha bir müsbət təsiri odur ki, az kalorili sıyıq kimi orqanizmdən piylərin əriməsinə kömək edir.

Kalori dəyəri: 325 kkal 100qr.

Manna yarması:

Yaranmış stereotipə zidd olaraq, çox faydalı sıyıq deyil. Tərkibində allergiyalı bitki zülalı olan qlutein var, digər tərəfdən  orqanizmdən kalsiumu yuyur. Lakin  mütəxissislər  mədə xəstəliklərindən əziyyət çəkənlərə mannı sıyığı  tövsiyyə edirlər.

 Kalori: 326 ккал/100 q.

Darı :

Orqanizmdəki artıq mineral duzların, piylərin çıxmasına şərait yaradır. Darı A vitamini ilə zəngindir. Bundan əlavə, darı sıyığında ürək damarlarına faydalı olan kalsium, maqnium var. Əgər yarma ağarıbsa, öz tərkibini itirmişdir.

Kalori dəyəri: 334kkal/ 100qr.

Düyü:

Aşağı kalorili sıyıqdır. Tərkibində bir çox bitki zülalları vardır. Aşılanmışının orqanizmə bir o qədər də xeyiri yoxdur. Tez həzm olunur.

Kalori dəyəri 323kkal/ 100qr.(atv.az)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...