Bakıda avtomobildən 1800 manat oğurlanıb

Kriminal
12:40 / 18.11.2019
2933
Bakıda avtomobildən 1800 manat oğurlanıb.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 13-də rayon ərazisində "Mercedes” markalı avtomobildən 1800 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.