Benzin ikiqat bahalaşdı, İranı etirazlar və iğtişaşlar bürüdü - Video

Benzin ikiqat bahalaşdı, İranı etirazlar və iğtişaşlar bürüdü - Video
İranda benzinin ikiqat bahalaşmasına etiraz olaraq bir gün əvvəl başlayan etira aksiyaları iğtişaşlarla və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşaiyət olunur.

Son məlumatlara görə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatıb.

 
Bir etirazçı cümə günü axşam Sircan şəhərində öldürülüb. Həmin şəhərdə kütlə neft bazasına hücum edərək yandırmağa çalışıb. Dörd nəfər isə aldıqları güllə yaralarından Əhvaz əyalətindən cənubdakı Məhmərə şəhrində həlak olub. Paytaxt Tehranın Şəhriyar rayonunda da ən azı bir etirazçının öldürüldüyü bildirilir. Şənbə günü axşama olan xəbərlərə görə ən azı 13 etirazçı yaralanıb.

Etirazlar ən azı 37 şəhərdə baş qaldırıb, o cümlədən Məşhəd, Sircan, Poldoxtar, Əhvaz, Abadan, Xürrəmşəhr, Təbriz, Şiraz, İsfahan, Bəndər Abbas, Həmədan, Xürrəmabad və Girmanşah şəhərlərində güclü etirazlar qeydə alınıb. Sosial şəbəkələrdə həmin aksyalara və təhlükəsizlik qüvvələri ilə toqquşmalara dair videokadrlar yayılır. Belə videolardan birində Əhvaz şhərində nümayişçilərin mərkəzi meydana cəmləşdikləri, avtomobil şinlərinə od vurduqları görünür. Etirazçılar habelə yolları bağlayıblar.

Daxili işlər naziri Abdulreza Rəhmani Fəzli dövlət televiziyasında bəyan edib ki, iranlıların dinc etiraz hüququ var. Amma etirazçılar ictimai mülkiyyətə zərər vurarsa və vandalizm aktlarını davam etdirərsə təhlükəsizlik qüvvələri sakitliyi bərpa etmək üçün qətiyyətli addımlar atacaq.

"Təhlükəsizlik qüvvələri indiyə qədər təmkin nümayiş etdirib və etirazlara dözüb. Lakin nsanların rahatlığı və təhlükəsizliyi bizim prioritetimiz olduğu üçün əgər ictimai əmlaka və şəxsi mülkiyyətə hücumlar davam edərsə onlar sərt addımlar atacaqlar”,-nazir deyib.

Xəbərlərə görə İran hakimiyyəti bütün ölkə boyu interneti məhdudlaşdırmağa başlayıb. ABŞ İran hakimiyyətinin interneti məhdudlaşdırmasını pisləyir. Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortequs bəyan edib ki, ABŞ başı əzablar çəkən İran xalqını və onun ədalətsizliyiə, korrupsiyaya qarşı etirazlarını dəstəkləyir. "Biz interneti söndürmək cəhdlərini pisləyirik”,-diplomat bildirib.

Analoji situasiya həftələrdir etirazların və toqquşmaların davam etdiyi İraqda müşahidə edilir. Hakimiyyətin interneti məhdudlaşdırması səbəbindən on milyonlarla iraqlının beynəlxalq şəbəkəyə çıxışı mümkün olmur.

Xatırladaq ki, ABŞ-ın dalbadal tətbiq etdiyi sərt sanksiyalar ucbatından İranda ciddi iqtisadi böhran hökm sürür. Ölkə neft ixracını iki dəfədən çox azaltmalı olub və hazırda nefti ancaq qeyri-leqal sxemlərin köməyi ilə bazara çıxara bilir. (Virtualaz.rg)
 

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...