Məktəblilər üçün ŞAD XƏBƏR

Məktəblilər üçün ŞAD XƏBƏR
 Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına start verilib.

Sfera.az  
xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir.

Tədris ilinin ilk aksiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub.

Aksiya çərçivəsində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir.
 
Aksiya zamanı dövlət xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasında səyyar "ASAN xidmət”in böyük rolu olduğu bildirilib.

Həmçinin məktəblərdə şəxsiyyət vəsiqələrinin verilməsinin şagirdlərin uçot sisteminin daha səmərəli təşkili və valideynlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Valideynlərin nəinki məktəbyaşlı övladlarına, eləcə də 5 yaşına qədər uşaqlarına şəxsiyyət vəsiqələri almasının məktəbəhazırlıq qrupları və I sinfə qeydiyyat prosesini asanlaşdırdığı vurğulanıb.

Bu, ümumi təhsil müəssisələri üzrə şagird kontingenti proqnozunun düzgün müəyyənləşdirilməsi, məktəblilər haqqında statistik hesabatların dəqiq göstəricilərinin formalaşması, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsi imkanlarını daha da artırır.

Hər bir şagirdin şəxsiyyət vəsiqəsi əsasında elektron bazaya daxil edilməsi Ümumi Təhsilin İnformasiya Sistemini (ÜTİS) təkmilləşdirməklə yanaşı, qarşıya çıxan digər müvafiq sualların da aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, həyata keçirilən tədbirlər sayəsində I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır.

Belə ki, 2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib.

Ümumilikdə 2017-ci ildən etibarən "Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində məktəblilər bu xidmətdən yararlanır.

OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...