Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər. 

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, “BBC Panorama” proqramına danışan keçmiş əsgərlər, Xüsusi Hava Xidməti (SAS) və Xüsusi Qayıq Xidməti (SBS) üzvlərinin silahsız və əsir düşmüş insanları məqsədli şəkildə qətlə yetirdiklərini bildiriblər.


Əfqanıstanda xidmət etmiş keçmiş SAS üzvü bildirib ki, gənc bir oğlanın əllərini qandallayıb onu vurublar. "Onun uşaq olduğu aydın idi. Müharibə yaşı belə yox idi”, - deyən əsgərin sözlərinə görə, bu cür öldürmələr tez-tez baş verirdi. Əsgərin iddiasına görə daha sonra qurbanların yanına silah qoyulurdular ki, hadisə qarşıdurma kimi göstərilsin.


“BBC”nin hazırladığı araşdırma, 30-dan çox sabiq əsgərin ifadələrinə əsaslanır. Açıqlamalarda bəzi hərbçilərin “psixopat davranışlar” sərgilədikləri, qanunsuz əməliyyatları adiləşdirdikləri və silahsız insanları yuxuda ikən belə öldürdükləri bildirilib. Keçmiş SBS üzvləri də bölgəyə nəzarət əldə etdikdən sonra mülki şəxslərin kütləvi şəkildə öldürüldüyünü deyiblər.


Müdafiə Nazirliyi isə davam edən istintaqa tam dəstək verdiyini açıqlayaraq, bu mövzuda məlumatı olan bütün veteranlara irəli çıxma çağırışı edib. Nazirlik istintaq davam etdiyi üçün əlavə şərh verməyin uyğun olmadığını bildirib.


Araşdırmada sabiq baş nazir Devid Kemeronun da Əfqanıstandakı hərbi əməliyyatlarda mülki şəxslərin hədəfə alındığı barədə dəfələrlə xəbərdar edildiyi qeyd olunur.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qazinin faciəvi şəkildə ölən xanımı ilə nikahından -VİDEO

Xəbər verdiyimiz kimi, 20 yaşlı gəlin paltar sərərkən balkondan yıxlaraq dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 2 ayın gəlini olan Könülü...

Ərdoğan İmamoğlu ilə bağlı bunu dəstəklədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalının İmamoğlu işi ilə bağlı məhkəmə prosesinin TRT-də yayımlanması ilə bağlı çağırışını dəstəkləy...

Bakıda səkiyə çıxan maşın ana və qızını vurdu – Ölən var - VİDEO

Paytaxtın Qaradağ rayonunda ağır qəza baş verib.   Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a bildirilib ki, hadisə bu gün saat 11 radələrində B...

Günəşdə daha bir güclü partlayış

Günəşdə M sinfinə aid partlayış qeydə alınıb.   Sfera.az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib...

Uşaq yayda dərs oxusun ya dincəlsin? - AÇIQLAMA

Bəzi valideynlər yay tətili müddətində uşaqlarını əlavə məşğələlərə göndərir və daha çox çalışmasını tələb edirlər. Onların fikrincə, dərsdən tam uzaqlaşsa, yen...

Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK

"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişir.   Sfera.az xəbər verir ki, hüquqi şəxs kimi qeydiyyatda olan şirkət b...