Baş nazirdən sürücülük vəsiqələri haqda qərar

Baş nazirdən sürücülük vəsiqələri haqda qərar

Baş Nazir Əli Əsədov "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, qərara aşağıdakı dəyişikliklər edilib:

- Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin Təsviri” üzrə:

1. 1.2.1-ci yarımbənddə "(OVİ – opticaly variable ink)” sözləri "(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin;

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.4. Vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.”.

3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə:

- 1.1.1-ci yarımbəndə "İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra ", "İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və "İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilsin;

- 1.1.3-cü yarımbənddə "yazılmasını və oxunmasını” sözləri "mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi ¬çıxarılsın;

- 1.1.4-cü yarımbənd ləğv edilsin;

- 1.1.6-cı yarımbəndə "həddində” sözündən sonra ", informasiya sistemi "Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilsin;

- 1.1.10-cu yarımbənddə "(OVİ - opticaly variable ink)” sözləri "(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...