Kənan Doğulu və Beren Saat barışdı - FOTO

Maqazin
11:50 / 06.11.2019
1244
Müğənni Kənan Doğulu ayrıldıqları deyilən həyat yoldaşı Beren Saatla əl-ələ görüntülənib
Aylardır cütlüyün boşanacaqları, ayrı evlərdə yaşadıqları, hətta bir-birinə xəyanət etdikləri bildirilirdi. Amma ayrılıq iddiası ilə bağlı hər iki tərəf susmağı üstün tuturdu.
Həmişə səssiz qalan Kənan və Beren uzun müddət sonra ilk dəfə birlikdə görüntülənib.
Qeyd edək ki, cütlük 2014-cü ildə evlənib.




