İstehlak kreditləri ilə bağlı yeni - MƏHDUDİYYƏT

İstehlak kreditləri ilə bağlı yeni - MƏHDUDİYYƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edib.

Sfera.az-ın xəbərinə görə, dəyişiklik nəticəsində müddəti yeddi ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.

Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcək.

Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.

2019-cun ilin 19 oktyabrında "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na da dəyişikliklər edilib.  

Bununla KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılıb.

Eyni zamanda, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq diferensial, daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...

Mirziyayev Azərbaycana yola düşdü

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana dövlət səfərinə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mə...